Bank Of Baku

Regionda ticarətin inkişafı üçün prioritetlər açıqlanıb

Regionda ticarətin inkişafı üçün prioritetlər açıqlanıb
# 01 dekabr 2010 10:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqram (SPECA) çərçivəsində regional ticarətin inkişaf etdirilməsi üçün regiona daxil olan ölkələr arasında ticarət prosedurları sadələşdirilməlidir. «APA-Economics»in məlumatına görə, bu barədə SPECA çərçivəsində Ticarət üçün Yardım Təşəbbüsünə dair Bakıda keçirilən Nazirlər Görüşündə yayılan Nazirlər Bəyannaməsində bildirilir.

Sənəddə deyilir ki, həm ölkələr arasında, həm də ölkə daxilində regionların inkişafını təmin etmək üçün ticarətin aparılmasındakı maneələr və çatışmazlıqlar aradan qaldırılmalıdır.

Bundan başqa, bəyannamə müəlliflərinin fikrincə, region ölkələri milli iqtisadiyyatı inkişaf etdirmək və iqtisadiyyatı şaxələndirmək üçün bəzi sahələrə, xüsusilə kənd təsərrüfatı, turizm və xidmətlər sferasına xüsusi diqqət yetirməli, biznes mühitini yaxşılaşdırmalı, ixraca yardım etməlidir. Ölkələr arasında ticarətin asanlaşdırılması da regional ticarətin inkişafına yardım edəcək. Bu və digər məqsədlərin reallaşması üçün bəyananmədə SPECA ölkələrində Ticarətə Yardımın reallaşması və monitorinqi üçün Regional Şuranın yaradılması təklif olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR