Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyində 2011-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycan Maliyyə Nazirliyində 2011-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr aparılıb
# 01 dekabr 2010 10:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin kollegiya iclası keçirilib və iclasda «Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında» qanunun təsdiqi, eyni zamanda bu qanunun tətbiq edilməsi barədə ölkə prezidentinin fərmanı ilə Nazirlik qarşısında duran vəzifələr müzakirə edilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, kollegiyada çıxış edən maliyyə naziri Samir Şərifov qanun və qanunun tətbiqi ilə bağlı fərmanla Nazirliyin qarşısında duran vəzifələr barədə danışaraq bu vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verib. Nazir bildirib ki, 2011-ci il dövlət büdcəsi özünün prioritet istiqamətləri və strukturuna görə əvvəlki illərin büdcələrindən müsbət istiqamətdə fərqlənməklə bütün makroiqtisadi hədəflərin gücləndirilməsinə əhəmiyyətli baza yaradır.
Müzakirələr zamanı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bir sıra normativ sənədlərin hazırlanmasına başlanılması, ilk növbədə təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsünün bir ay müddətində büdcə təşkilatlarına çatdırılması qeyd olunub.

S.Şərifov bildirib ki, son illər dövlət büdcəsinin layihəsi ilə yanaşı, qarşıdakı üç il üçün əsas büdcə parametrləri də tərtib olunub müvafiq icra hakimiyyəti və qanunvericilik orqanlarına təqdim olunub. Artıq Maliyyə Nazirliyinin həm potensialı, həm də maddi-texniki bazası imkan verir ki, növbəti büdcə ilinin layihəsi ilə yanaşı sonrakı üç il üçün də büdcə təsnifatının bütün parametrləri səviyyəsində ölkə büdcəsini tam təkmil formada hazırlasın. Bununla bağlı Nazirliyin ayrı-ayrı inkişaf etmiş ölkələrin təcrübəsi ilə yaxından tanış olduğu bildirilib və bu təcrübənin növbəti illərdə də davam etdirilməsi barədə tapşırıqlar verilib.

Kollegiyada eyni zamanda, Maliyyə Nazirliyi xəzinədarlığın informasiya idarəetməsi sisteminin modernləşdirilməsi, ölkədə sığorta bazarının inkişaf etdirilməsi və sığorta sisteminin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin sığorta bazarında tətbiqi və Maliyyə Nazirliyi sistemində dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi, dövlət qulluqçularının peşə hazırlığının təkmilləşdirilməsi ilə bağlı məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR