Bank Of Baku

«Bank of Azerbaijan» 17 yaşını qeyd edir

«Bank of Azerbaijan» 17 yaşını qeyd edir
# 01 dekabr 2010 11:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «Bank of Azerbaijan» ASC fəaliyyətinin 17-ci il dönümünü qeyd edir. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Bank of Azerbaijan» 1993-cü ilin dekabr ayının 1-də «Rabbatbank» Kommersiya Bankı kimi yaradılıb. Sonradan, 1998-ci ildə bankın səhmləri «Türkiyə Dısh Ticarət Anonim Şirkəti»nə və iki yerli fiziki şəxsə satılıb və bundan sonra bankın adı «İş Bankası Azərbaycan» Birgə Kommersiya Bankı adı ilə əvəz olunub.
Daha sonra 2006-cı ildə «Turkiyə Dısh Ticarət Anonim Şirkəti» bankın səhmdarları sırasından çıxıb, səhmlərin ona məxsus olan 1%-i isə «NEM Holding» ərəb şirkəti tərəfindən alınır. Bundan sonra səhmdarların ümumi iclasında bankın adının «Bank of Azerbaijan» ASC-yə dəyişdirilməsi haqqında qərar qəbul edilib.
Hazırda «Bank of Azerbaijan» müştərilərə bütün bank xidmətləri (hesablaşma-kassa əməliyyatları, istehlak, kommersiya, ipoteka kreditlərinin verilməsi, əmanətlərin qəbulu, plastik kartların verilməsi, pul köçürmələri, bank seyflərinin icarəsi) göstərir. Bank Azərbaycan İpoteka Fondu və Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatları sırasına daxildir. Bununla yanaşı, bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.
Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 166,482 mln. manat, kredit portfeli 130,074 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 16,811 mln. manat, depozit portfeli 71,307 mln. manat, o cümlədən əhalinin əmanətləri 63,856 mln. manat, məcmu kapitalı 25,378 mln. manat, o cümlədən nizamnamə kapitalı 23,500 mln. manat təşkil edib. Hazırda bankın 15 filialı, 28 bankomatı, 147 POS-terminalı, 14 920 müştərisi və 281 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR