Dünya Bankının Azərbaycanda həyata keçirdiyi pilot layihənin başa çatması münasibətilə təqdimat mərasimi keçirilib - FOTO
“APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, hazırda ölkədə poçt və rabitə sahəsinə böyük diqqət yetirilir.
Onun sözlərinə görə, son 20 il bütün dünyada poçt və rabitə sahəsi üçün müəyyən problemlərlə yadda qalıb ki, bu da İKT sektorunun inkişafı ilə bağlıdır: “Bir çox İT şirkətləri poçt xidmətlərini öz üzərlərinə götürüblər”.
Ə.Abbasov qeyd edib ki, son 7 il ərzində Azərbaycanda poçt sahəsi 15-17% inkişaf edib, gəlirlər dəfələrlə artıb: “Lakin biz bununla kifayətlənməməliyik. “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində ölkənin poçt sistemi əsaslı surətdə dəyişib. Artıq 2011-ci ildən “Azərpoçt” mikrokreditlər verməyə başlayacaq. Gələcəkdə elektron ticarət, elektron səhiyyə, elektron təhsil və s. bu kimi digər xidmətlər də göstəriləcək”.
Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov layihənin müvəffəqiyyətlə başa çatdığını vurğulayıb: “Layihənin əsas məqsədi maliyyə sektorunun regionlarda inkişaf etdirilməsidir. Layihə çərçivəsində korporativ informasiya sisteminin yaradılması nəzərdə tutulur, hazırda bunun normativ-hüquqi bazası hazırlanır, tənzimləmə sistemi üzərində iş gedir”. E.Rüstəmov gələcəkdə “Azərpoçt”un depozitlər qəbul edəcəyini, depozitləri risksiz idarəetmə sisteminin, menecment və kadr potensialının yaradılacağını da söyləyib.
Ümumdünya Poçt İttifaqının baş direktoru Eduard Dayan bildirib ki, sözügedən layihə ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq, bir çox sahələrin inkişafına yardım göstərəcək: “Maliyyə böhranı dövründə İtaliya, Braziliya, İsveçrə kimi ölkələrdə insanlar banklardakı vəsaitlərini çıxarıb poçt şöbələrində saxlayıblar”.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Ələm layihəni müxtəlif sahələri birləşdirən körpü adlandırıb.
Rabitə üzrə Regional Rabitə Birliyinin baş direktoru Nuriddin Muhiddinov regionda poçt sahəsinin inkişafının yeni mərhələsinin başlandığını söyləyib: “Adətən oliqarxlar və varlı insanlar poçt sahəsindən istifadə etmirlər. Poçtdan kənd yerlərində yaşayanlar daha çox faydalanırlar”.
Azərbaycan baş nazirinin müavini Abid Şərifov qeyd edib ki, hazırda Azərbaycanda sosial infrastrukturun inkişafı müşahidə olunur: “Neftdən gələn gəlirlər bu sahənin inkişafına yönəldilir”. Onun sözlərinə görə, Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq dövründə 51 layihə üzrə 2,844 mlrd. dollar həcmində kredit ayrılıb. O cümlədən 2,201 mlrd. dollarlıq 20 layihə hazırda davam edir, 642,5 mln. dollarlıq 31 layihə başa çatıb: “Hazırda Azərbaycanın İKT sektorunda rabitə peykinin orbitə çıxarılması, TAE (Trans-Asia-Europe layihəsi, regional innovasiya zonalarının yaradılması kimi layihələr həyata keçirilir”.
Qeyd edək ki, Azərbaycanla Dünya Bankı arasında 2005-ci ildə imzalanmış “İnkişaf krediti haqqında” sazişə uyğun olaraq “Azərpoçt” MMC-nin poçt şəbəkəsində “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin icrası başa çatıb. Ümumi dəyəri 17,75 mln. dollar olan layihənin 12,25 mln. dollarını Dünya Bankı, 5,5 mln. dollarını Azərbaycan hökuməti maliyyələşdirib. Layihə çərçivəsində 2010-cu ilin aprel ayında “Azərpoçt” bank xidmətləri göstərməyə başlayıb.
Maliyyə
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
Xəbər Lenti
DÇ-2026: Fil Dişi Sahili 3 xal qazanıb
Vens: ABŞ-İran razılaşması Yaxın Şərqi növbəti 50 il ərzində dəyişə bilər
İran-ABŞ memorandum layihəsinin yeni detalları məlum olub
İran Milli Təhlükəsizlik Şurası: İrana tətbiq edilən dəniz blokadası dərhal ləğv ediləcək
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
DÇ-2026: Niderland- Yaponiya 2:2
Tramp: İranla müqavilə artıq uğurla tamamlanıb, hər kəsi təbrik edirəm - YENİLƏNİB
ABŞ və İran arasında razılaşma əldə edilib, rəsmi imzalanma 19 iyunda İsveçrədə olacaq
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3783 nəfərə çatıb
Prezident İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırıb
Prezident İlham Əliyev: Orta Dəhlizin bir hissəsi olacaq TRIPP-i regionda davamlı sülhün və əməkdaşlığın inkişafına əlavə töhfə kimi görürük
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Prezident İlham Əliyev 80 illik yubileyi münasibətilə ABŞ prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
DÇ-2026: Almaniya mundialın debütantını darmadağın elədi
Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ olub
Paşinyan: Ermənistandan qaçmağı xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq
Robert Köçəryanın Ermənistanı tərk etməsinə imkan verilməyib
Zelenski Trampla yaxın günlərdə görüşlə bağlı razılığa gəlib
Vens: Tramp hələ mənimlə prezidentliyə namizədliyimi müzakirə etməyib
Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi
Tramp: ABŞ-İran sazişi yaxın üç saat ərzində imzalanacaq
Tramp və Putin arasında telefon danışığı olub
İsrailin Livana zərbələrindən sonra İran-ABŞ arasındakı sülh razılaşmasının tarixi qeyri-müəyyən olaraq qalıb
Tramp və Zelenski arasında telefon danışığı olub
Tramp: “Beyruta hücum olmamalı idi, xüsusilə də İranla sülh sazişinə yaxın olduğumuz xüsusi bir gündə”
Fransa müdafiə məqsədi ilə yeni nüvə raketi hazırlayır
Ermənistanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini açıqlayıb
Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib - FOTO
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yayıb
Hikmət Hacıyev Ermənistana səfər edib, Armen Qriqoryanla görüşüb
Avropa liderləri G7 sammitində Trampla görüşüb Ukraynaya dəstək məsələsini müzakirə edəcək
2026 Dünya Kuboku ABŞ iqtisadiyyatına 17 milyard dollar gəlir gətirə bilər
İsveçrəlilər əhalinin 10 milyon nəfərlə məhdudlaşdırılması təşəbbüsünü rədd ediblər - YENİLƏNİB
İsrail şimal bölgəsinə edilən dron hücumlarına cavab verdiyini açıqlayıb
İran-ABŞ arasındakı razılaşma layihəsində yeni təkliflər var
Almaniya Avropanın ən güclü ordusunu qurmağa hazırlaşır
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
ABŞ və İran arasında virtual sülh razılaşmasında Vens və Qalibaf iştirak edəcək
25 avtomobil yolunda sel suları nəticəsində zədələnmiş infrastrukturun bərpası aparılır - VİDEO
Zelenski: “Ukrayna dronları Rusiyada neft obyekti və "Azot" zavodunu vurub”
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Hizbullah son 24 saatda İsrailə qarşı 22 hücum həyata keçirib
AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - VİDEO
KİV: Fon der Lyayen Kallasla münaqişəyə görə islahatlara başlayır