Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb
# 01 dekabr 2010 13:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 2010-cu ilin yanvar-noyabr ayları ərzində 1 689 895 175,14 manat təşkil edib ki, bu da 2009-cu ilin eyni dövrünün analoji göstəricisindən 1,9 dəfə azdır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 33,4% artıb. Korporativ istiqrazların ilkin bazarında 97 əqd üzrə 83 642 674,97 manatlıq yerləşdirmə qeydə alınıb, istiqrazların təkrar bazarında isə 151 035 038,57 manatlıq əqdlər bağlanılıb ki, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə istiqrazların ilkin bazarı 77,7%, təkrar bazarı isə 3,2 dəfə artıb. Ümumiyyətlə, korporativ istiqrazlar bazarı hesabat dövründə 2,5 dəfə artıb.

Səhm bazarına gəldikdə isə, hesabat dövründə bu növ kağızlar üzrə qeydə alınan əqdlərin həcmi 153 374 353,15 manat təşkil edib və 2009-cu ilin yanvar-noyabr aylarına nisbətən 22,1% azalma müşahidə olunub. Səhmlərin ilkin bazarı 6,2%, təkrar bazarı isə 6,1 dəfə azalıb.

Korporativ qiymətli kağızlar bazarı

Bazarın seqmentləri

Yanvar-noyabr, 2010

Yanvar-noyabr, 2009

Dinamika

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Korporativ istiqrazlar
(yerləşdirmə)

83 642 674,97

97

47 072 593,09

63

77,7%

Korporativ istiqrazlar (təkrar bazar)

151 035 038,57

100

47 522 746,90

43

217,8%

KI bazarı cəmi

234 677 713,54

197

94 595 339,99

106

148,1%

Səhmlər
(yerləşdirmə)

146 701 490,96

1 808

156 315 419,40

1 287

-6,2%

Səhmlər
(təkrar bazar)

6 645 862,19

1 859

40 524 640,63

2 769

-6,1 dəfə

Səhm bazarı cəmi

153 347 353,15

3 667

196 840 060,03

4 056

-22,1%

KQK bazarı cəmi

388 025 066,69

3 864

291 435 400,02

4 162

33,1%



Bundan başqa, cari ilin yanvar-noyabr aylarında birjada dövlət istiqrazları (Dİ) bazarında da azalma müşahidə olunub. Belə ki, hesabat dövründə dövlət istqrazları bazarının həcmi 35,6%, o cümlədən istiqrazların ilkin bazarının həcmi 35,3%, təkrar bazarın həcmi isə 39,7% azalıb. Ümumiyyətlə, yanvar-noyabr aylarında dövlət qiymətli kağızları (DQK) bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə azalıb. Qeyd etmək lazımdır ki, notlar üzrə təkrar bazarın həcmi illik müqayisədə 12 dəfə azalıb.

Dövlət qiymətli kağızları bazarı

Bazarın seqmentləri

Yanvar-noyabr, 2010

Yanvar-noyabr, 2009

Dinamika

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Dİ (yerləşdirmə)

307 036 851,04

133

467 146 169,03

248

-34,3%

Dİ (təkrar bazar)

89 941 551,73

48

149 045 985,50

85

-39,7%

Dİ bazarı cəmi

396 978 402,77

181

616 192 154,53

333

-35,6%

Notlar (yerləşdirmə)

189 418 737,38

146

279 228 497,53

181

-32,2%

Notlar (təkrar bazar)

5 564 936,87

2

67 504 812,02

39

-12 dəfə

Notlar bazarı cəmi

194 983 674,25

148

346 733 309,55

220

-43,8%

Repo əməliyyatları

709 908 031,43

674

1 920 203 833,05

703

-63%

DQK bazarı cəmi

1 301 870 108,45

1 003

2 883 129 297,13

1 256

-2,2 dəfə


Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızları.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR