Bank Of Baku

Azərbaycanda noyabrda 6,7 mln. manat ipoteka krediti verilib

Azərbaycanda noyabrda 6,7 mln. manat ipoteka krediti verilib
# 01 dekabr 2010 14:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin dekabr ayının 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 26,3 manata çatıb. Bu barədə «APA-Economics»ə Azərbaycan İpoteka Fondundan (AİF) məlumat verilib. Müqayisə üçün bildirək ki, noyabrın 1-nə bu rəqəm 26,5 manat, 2010-cu ilin əvvəlində 17,4 manat olub.

Fondun məlumatına görə, noyabr ayında əhaliyə 6,7 mln. manat ipoteka krediti verilib. Ümumilikdə, cari ilin ilk 11 ayında ölkə bankları tərəfindən verilən kreditlərin məbləği 87,3 mln. manat olub. Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək verilən ipoteka kreditlərinin həcmi 239,5 mln. manata çatıb. İpoteka Fondu indiyədək bu kreditlərin 166,7 mln. manatını və ya 69,6%-ni təkrar maliyyələşdirib. Noyabrda 7,6 mln. manatlıq təkrar maliyyələşdirmə həyata keçirilib.

AİF-in məlumatına görə, noyabrın 1-nə ipoteka krediti alanların 41%-i 18-29 yaşında, 31%-i 30-35 yaşında, 28%-i isə 36 yaşdan yuxarı olanlardır.

Qeyd edək ki, AİF-in xətti ilə ipoteka kreditləri 20 müvəkkil kredit təşkilatı vasitəsilə verilir. İpoteka prosesində 12 sığorta, 10 qiymətləndirici şirkətin xidmətlərindən istifadə olunur. Adi ipoteka kreditləri maksimum məbləği 50 min manat, ilkin ödəniş 20% olmaqla, illik 8%-lə 25 illiyə verilir. Güzəştli (sosial) ipoteka kreditləri maksimum məbləği 35 min manat, ilkin ödəniş 15% olmaqla 30 illiyə, illik 4%-lə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR