Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı gələn il Azərbaycana 100 mln. dollar ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı gələn il Azərbaycana 100 mln. dollar ayıracaq
# 01 dekabr 2010 14:29 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) toplantısında EBRD-nin Bakı ofisinin rəhbəri Frensis Delay bildirib. Onun sözlərinə görə, bu vəsait hesabına ölkədə 10-15 layihənin icrası maliyyələşdiriləcək.

F.Delay bildirib ki, 2010-cu ildə Bank tərəfindən ayrılan vəsait təxminən 75-85 mln. dollar təşkil edəcək, ötən il isə bu göstərici 250 mln. dollara bərabər olub. Ümumilikdə isə EBRD-nin Azərbaycanla əməkdaşlığı dövrü ərzində 110 layihə üzrə 1,6 mlrd. dollar məbləğində vəsait ayrılıb ki, bundan 70 layihə maliyyə sektorunda həyata keçirilir.

Həmçinin qeyd olunub ki, EBRD-nin cari kredit portfeli təxminən 1 mlrd. dollar təşkil edir. Ümumilikdə, bu günə kimi Avropa Bankının maliyyə dəstəyi ilə həyata keçirilən layihələr üzrə vəsaitlərin 44%-i enerji sektoruna yönəldilib. Cari ildə 18 layihənin icrası üçün vəsait ayrılıb və bu layihələrin 5-i ticarət maliyyələşdirməsi sektoruna aiddir.

F.Delay bildirib ki, EBRD Azərbaycanda 9 bank, 6 mikromaliyyə və 3 qeyri-bank təşkilatları ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, bu ilin dekabr ayının 7-də AYİB-in Direktorlar Şurasının iclasında 2011-2013-cü illəri əhatə edəcək Azərbaycanla yeni əməkdaşlıq strategiyasının qəbulu gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR