Bank Of Baku

«AGBank» GPRS sistemli POS-terminalların quraşdırılmasına başlayıb

«AGBank» GPRS sistemli POS-terminalların quraşdırılmasına başlayıb
# 01 dekabr 2010 14:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGBank» ASC POS-terminal istifadəçilərinin işini asanlaşdırmaq məqsədilə GSM/GPRS sistemli cihazların quraşdırılmasına başlayıb.

Banklın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müştərilərin obyektlərinə quraşdırılan GSM/GPRS sistemli yeni POS-terminalların üstünlüyü əməliyyatların iki-üç qat sürətlə həyata keçirilməsi və obyektə əlavə telefon xəttinin çəkilməsinə ehtiyac duyulmamasıdır.

Yeni POS-terminallar təhlükəsizlik baxımından da əvvəlkilərdən xeyli dərəcədə fərqlənir. Belə ki, GSM sistemli SİM-kartlar vasitəsilə işləyən GPRS əsaslı POS-terminallarla keçirilən əməliyyatların təhlükəsizliyinə tam zəmanət verilir.

Qeyd edək ki, sözügedən POS-terminallar «Visa», «MasterCard» və «American Express» ödəniş sistemlərinin uyğunluq sertifikatı alıb.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 55 bankomatı mövcuddur. Hazırda «AGBank» tərəfindən 380 ədəd POS-terminal quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR