Bank Of Baku

“Parabank” plastik kartlarla bağlı “Qış kampaniyası”na başlayıb

“Parabank” plastik kartlarla bağlı “Qış kampaniyası”na başlayıb
# 01 dekabr 2010 14:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “Parabank” ASC müştəriləri üçün plastik kartlarla bağlı bu ilin dekabrın 1-dən növbəti il yanvarın 31-dək “Qış kampaniyası”na başlayıb.

Bankın baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, kampaniya çərçivəsində “Gold”, “Platinum” və “İnfinite” kartları müştərilərə 20% endirimlə təqdim ediləcək.

Endirimdən əlavə, müştərilər faizsiz nağdlaşdırma, yəni 27-dən artıq bankın 1200-dən çox ATM-də və POS-terminallarında heç bir komissiya ödəmədən nağd pul əldə edə bilərlər.

Qeyd edək ki, bu plastik kartları əldə etmək üçün heç bir sığorta depoziti və ya əlavə vəsaitə ehtiyac duyulmur. Müştərilər yalnız kartın illik xidmət haqqını ödəyərək bu kartlara sahib ola bilərlər.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan “Parabank” ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 107,689 mln. manat, depozit portfeli 61,394 mln. manat, o cümlədən əhalinin əmanətləri 57,756 mln. manat, kredit portfeli 73,353 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 40,272 mln. manat, məcmu kapitalı 14,008 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,570 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 16 filialı, 17 bankomatı və 140 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR