Bank Of Baku

Azərbaycan ticarətdə “bir pəncərə” sistemi qurmağa hazırlaşır

Azərbaycan ticarətdə “bir pəncərə” sistemi qurmağa hazırlaşır
# 01 dekabr 2010 16:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Son 1-2 ildə Azərbaycan ticarətin sadələşdirilməsi, o cümlədən ticarət prosedurlarının sadələşdirilməsi və ticarət-investisiya mühitinin yaxşılaşdırılması sahəsində ciddi işlər görür və bu məsələ ilə bağlı müxtəlif təşkilatlarla, o cümlədən BMT-nin Avropa üzrə İqtisadi Komissiyası ilə əməkdaşlıq edir və buna görə biz Azərbaycan tərəfinə minnətdarıq”. “APA-Economics”in məlumatına görə, bu barədə SPECA çərçivəsində Ticarət üçün Yardım Təşəbbüsünə dair Bakıda keçirilən Nazirlər Görüşünə həsr olunmuş mətbuat konfransında BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini Andrey Vasilyev bildirib.

Region ölkələrində xarici ticarət prosedurlarının daha da sadələşdirilməsinə toxunan Komissiyanın ticarət divizionunun direktoru Virciniya Kram-Matros isə bildirib ki, bu məsələ təkcə gömrük orqanları ilə bağlı deyil: “Məhsulların sərhəddən keçərkən sənədləşdirilməsi gömrük orqanlarının vəzifəsidir. Amma qeyd etməliyəm ki, bu, təkcə gömrük orqanlarının işi deyil, orda başqa orqanlar - fitosanitar və s. nəzarət qurumları da var. Buna görə də həmkarlarımızı gömrük tənzimlənməsi prosesini təkmilləşdirməyə çağırırıq”.

V.Kram-Matros bildirib ki, indi Komissiya ticarətdə “bir pəncərə”nin qurulması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparır: “Bir pəncərə” sistemi ixracatçı və idxalçıların sənədlərinin bir yerdən qəbul edilməsini imkan verməklə ticarət prosedurlarını sadələşdirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR