Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,6315, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,6315, AMFBI indeksi 1,0001 təşkil edib
# 02 dekabr 2010 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0265 bənd və ya 2,6% azalaraq dekabr ayının 2-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,3685 bənd və ya 36,9% azalaraq 0,6315 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0413 və ya 4% azalaraq 1,0001-ə bərabər olub.

ACBDI indeksinin azalması dekabrın 1-də 7 mln. manat həcmində bir not buraxılışının dövriyyədən çıxarılması ilə bağlıdır.

AGBI və AMFBI indekslərinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR