Bank Of Baku

Azərbaycan Banklar Assosiasiyası iki bankın üzvlüyünə xitam verib

Azərbaycan Banklar Assosiasiyası iki bankın üzvlüyünə xitam verib
# 02 dekabr 2010 08:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Banklar Assosiasiyası (ABA) «Debütbank» və «Kövsərbank» ASC-nin lisenziyasının ləğvi ilə bağlı həmin bankları qurumun üzvlüyündən kənarlaşdırıb. Bunu «APA-Economics»ə açıqlamasında ABA-nın prezidentinin köməkçisi Yunus Abdulov bildirib.

Y.Abdulovun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən həmin bankların lisenziyaları ləğv edilib və buna görə də ABA avtomatik olaraq sözügedən bankları Assosiasiyanın reyestrindən çıxarıb.

Y.Abdulov bildirib ki, ABA-nın İdarə Heyətinin növbəti iclasında həmin bankların üzvlüklə bağlı sənədləri rəsmi olaraq ləğv ediləcək.

Xatırladaq ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. Hazırda quruma 42 bank və 4 qeyri-bank təşkilatı üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR