Bank Of Baku

«Expressbank» xarici tərəfdaşlarının sayını artırır

«Expressbank» xarici tərəfdaşlarının sayını artırır
# 02 dekabr 2010 08:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC Almaniyanın «Commerzbank AG» ilə əməkdaşlığa başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində aparılan işlər nəticəsində bank Almaniyanın «Commerzbank AG» bankında öz müxbir hesabını açıb.

Bankdan bildirib ki, müxbir əlaqələrin genişləndirilməsi bankın tərəfdaşlarının xaricə olan ödənişlərinə əlverişli şərait yaradacaq, həmçinin nostro-hesabların düzgün və səmərəli idarə olunması təmin edəcək.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə faliyyət göstərib. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Bu ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 202,352 mln. manat, depozit portfeli 154,920 mln. manat, kredit portfeli 2 39,542 mln. manat, məcmu kapitalı 45,556 mln. manat, o cümlədən nizamnamə kapitalı 41,0 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR