Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-oktyabr aylarında pul kütləsinin həcmi 13,6%, oktyabr ayında isə 2,5% artıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) 2010-cu ilin yanvar-oktyabr ayları ərzində 18,6%, son bir ildə isə 35,7% artaraq 7 314,5 mln. manata çatıb:
(mln. AZN)
| 01.11.2009 | 01.01.2010 | 01.11.2010 |
M0 (nağd pullar) | 3 670,3 | 4 174,8 | 4 942,6 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) | 4 539,0 | 5 239,8 | 5 999,9 |
M2 (Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) | 5 388,5 | 6 169,2 | 7 314,5 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) | 7 675,6 | 8 469,2 | 9 619,9 |
Cari ilin noyabrın 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 67,6% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,5 faiz bəndi azdır.