Bank Of Baku

Azərbaycanda bank depozitlərinin həcmi 14% artıb

Azərbaycanda bank depozitlərinin həcmi 14% artıb
# 02 dekabr 2010 11:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş depozitlərin həcmi 2010-cu il noyabr ayının 1-nə 4 874,4 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 612,9 mln. manat və ya 14,4% çoxdur. Eyni zamanda, cari ilin əvvəlindən bu göstərici 220,2 mln. manat və ya 4,7%, o cümlədən oktyabr ayında 159,2 mln. manat və ya 3,4% artıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, depozitlərin tərkibində ev təsərrüfatlarının depozitləri (əhalinin əmanətləri) 2 887,5 mln. manat, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 1 986,9 mln. manata bərabərdir. Beləliklə, depozitlərin strukturunda fiziki şəxslərin əmanətlərinin xüsusi çəkisi 59,2%-ə çatıb.

Qeyd edək ki, ev təsərrüfatları üzrə depozitlərin illik artım tempi 35,8% təşkil etdiyi halda, qeyri-maliyyə təşkilatlarının depozitləri il ərzində 7% azalıb. Eyni zamanda, oktyabrda fiziki şəxslərin əmanətləri 89,2 mln. manat və ya 3,2%, hüquqi şəxslərin depozitləri isə 70,1 mln. manat və ya 3,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR