Bank Of Baku

Azərbaycanda monetləşmə səviyyəsi qənaətbəxş deyil

Azərbaycanda monetləşmə səviyyəsi qənaətbəxş deyil
# 02 dekabr 2010 10:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, dünya praktikasında qəbul olunmuş normalara görə bu göstərici qənaətbəxş hesab oluna bilməz.

Belə ki, makroiqtisadi nəzəriyyə baxımından hesab olunur ki, keçid iqtisadiyyatı ölkələrində monetləşmə səviyyəsi 70-80% olmalıdır. Bu göstəricinin həmin səviyyədə olması keçid iqtisadiyyatı olan dövlətlərə adekvat artımı və iqtisadi artımla inflyasiya arasında tarazlığı təmin etməyə imkan yaradır. Lakin inkişafda olan ölkələr bu göstəriciyə nail ola bilmir. Bunun ilkin səbəbi kimi inkişafda olan əksər ölkələrdə, o cümlədən Azərbaycanda inflyasiyanın yüksək templə artması qorxusudur. Belə ki, məhz bu səbəbdən Azərbaycanda pul kütləsinin artım tempi və bu yolla monetləşmə səviyyəsinin yüksəlməsinin qarşısı alınır.

Xatırladaq ki, 1990-ci illərin əvvəlləri və ortalarında əksər keçid iqtisadiyyatlarında hiperinflaysiya müşahidə olunub ki, bunun qarşısını almaq məqsədi ilə ölkələrdə sərt pul-kredit siyasəti həyata keçirilib və bu siyasət hələ də davam etdirilir.

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə monetləşmə səviyyəsi hətta 90-95%-ə çatır ki, burada pul aqreqatları artıq real iqtisadiyyata təsir mexanizminə çevrilib. Məsələn, baza faiz dərəcələrinin aşağı salınması və pul kütləsinin artırılması investisiyaların artmasına stimul yaradır, bu da öz növbəsində istehsalın artmasına səbəb olur. Azərbaycanda bu aqreqatların real iqtisadiyyatla əlaqəsinin çox zəif olması, istehsalın əsasən öz vəsaitləri hesabına inkişaf etdirilməsi həmin addımların qarşısını alır. Nəticədə, yüksək monetləşmə səviyyəsinə malik olan iqtisadiyyatlar uzunmüddətli kredit və investisiyalarla xarakterizə olunur. Bu göstəricinin aşağı olması isə iqtisadiyyatda qısamüddətli kapitalın üstünlük təşkil etməsindən xəbər verir ki, bunun da Azərbaycanda sübutları kifayət qədərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR