Bank Of Baku

Azərbaycanda bank kreditlərinin həcmi oktyabrda artıb

Azərbaycanda bank kreditlərinin həcmi oktyabrda artıb
# 02 dekabr 2010 12:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən verilən kreditlərin həcmi 2010-cu il noyabr ayının 1-nə 9 065,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% çoxdur. Eyni zamanda, cari ilin əvvəlindən bu göstərici 7,8%, oktyabrda isə 1,4% artıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bankların kredit portfelində əsas hissə ev təsərrüfatlarına verilən kreditlərin payına düşüb. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin məcmu kredit portfeldə xüsusi çəkisi noyabrın 1-nə 29,3%-ə bərabər olub. Eyni zamanda qeyd olunmalıdır ki, bu göstərici son bir il ərzində 0,4 faiz bəndi artıb. İstehlak kreditlərinin həcmi isə son bir ildə 15,3% artaraq 2 655,8 mln. manata çatıb.

Bankların ümumi kredit portfelinin strukturu:




Beləliklə, qeyri-istehsal sektoruna aid olan sahələrə bankların kredit portfelində payı 53%-dən çoxdur ki, bu da Azərbaycan banklarının istehlak və tez qaytarılan kreditlərin maliyyələşdirilməsinə üstünlük verdiyini göstərir, bunun nəticəsində bank sektoru hələ də real iqtisadiyyatın maliyyələşdirilməsində iştirakı azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR