Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının rəhbəri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

Azərbaycan Mərkəzi Bankının rəhbəri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib
# 02 dekabr 2010 12:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Dünya Bankı ilə Birgə İqtisadi Tədqiqatlar Proqramı (BİTP), İkinci Yüksək Səviyyəli Forumun mövzusu və formatı, Dünya Bankının Vaşinqton ofisində Azərbaycan günlərinin keçirilməsi planı müzakirə edilib.

Tədbirdə Ə.Alam Azərbaycanda icra edilən proqramların yüksələn xətlə davam etdiyini qeyd edib. O, həmçinin təmsil etdiyi təşkilatın Azərbaycanın maliyyə-bank sektorunda fəaliyyətini yüksək qiymətləndirib.

E.Rüstəmov Dünya Bankı ilə AMB arasındakı qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirərək, BİTP-nin Tədqiqatlar və İnkişaf Mərkəzinin (TİM) potensialının möhkəmləndirilməsində rolunu xüsusi olaraq vurğulayıb.

Görüşdə AMB ilə Dünya Bankı arasında gələcək qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR