Bank Of Baku

«Kredobank» gələn həftə əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Kredobank» gələn həftə əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 02 dekabr 2010 13:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin dekabrın 9-dan etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış «Kredobank» ASC-nin əlavə səhm emissiyasının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 10 min manat, sayı 250 ədəd, emissiyanın ümumi həcmi isə 2,5 mln. manat təşkil edir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə bankın nizamnamə kapitalı 19,2% artaraq 15,540 mln. manata çatacaq. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edir.

Qeyd edək ki, təsisçisi 11 yerli fiziki şəxs olan «Kredobank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bu ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 86,145 mln. manat, depozit portfeli 15,550 mln. manat, kredit portfeli 63,212 mln. manat, məcmu kapitalı 15,962 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,040 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR