Bank Of Baku

«NBC Bank» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub

«NBC Bank» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 02 dekabr 2010 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC «Zolotaya Korona» beynəlxalq sürətli pulköçürmə sistemi üzrə xidmətlərə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sistem üzrə pulköçürmə əməliyyatlarını bankın Bakı, Sumqayıt və Gəncə şəhərləri daxil olmaqla 7 filialını əhatə edən xidmət məntəqələri vasitəsilə həyata keçirmək mümkündür.

Ümumilikdə, 15 mindən artıq xidmət məntəqəsinə malik olan «Zolotaya Korona» sistemi vasitəsilə Rusiya, digər MDB ölkələri və Çinə dollar, rubl və avro ilə pul köçürmək və ya qəbul etmək mümkündür. «Zolotaya Korona» sistemi üzrə pul köçürmələri üçün komissiya haqqı köçürülən məbləğin 1,5%-i səviyyəsində müəyyən olunub.

Bununla yanaşı, müştərilər bankda «Western Union», «Contact», «PrivatMoney», «Bıstraya Poçta», «XpressMoney», «Allure» sistemləri üzrə də pulköçürmə əməliyyatları həyata keçirə bilərlər.

Xatırladaq ki, «NBCBank» ASC 1992-ci ilin dekabrından fəaliyyətə başlayıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 47,594 mln. manat, kredit portfeli 40,375 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 35,886 mln. manat, depozit portfeli 8,970 mln. manata, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi 7,995 mln. manat, məcmu kapitalı 17,283 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,071 mln. manat təşkil edib. Bankın ölkə üzrə 7 filialı, 6 bankomatı və 46 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR