Beləliklə, 5 ay ərzində müşahidə olunan artımdan sonra Mərkəzi Bankın ehtiyatlarında azalma baş verib. Bunun əsas səbəbi kimi avronun dollara qarşı ucuzlaşmasını qeyd etmək olar. Belə ki, noyabr ayı ərzində dünya bazarlarında avro dollara qarşı 6,7% ucuzlaşıb. AMB-nin valyuta ehtiyatlarının hansı hissəsinin avroda saxlanıldığı məlum deyil, lakin yuxarıda qeyd olunan faiz göstəricilərindən müəyyən nəticəyə gəlmək olar. Belə ki, əgər avronun 6,7%-lik ucuzlaşması ümumi valyuta ehtiyatlarının 0,8%-lik azalmasına səbəb olubsa, avronun ehtiyatlarda olan payının təxminən 12-13% olduğunu güman etmək mümkündür. Bu halda avro hissəsinin 6,7%-lik ucuzlaşması ümumi ehtiyatlarının 0,8%-lik azalmasına səbəb olacaq.