Bank Of Baku

BMT: Dünya iqtisadiyyatında böhranın ikinci dalğası təhlükəsi hələ də mövcuddur

BMT: Dünya iqtisadiyyatında böhranın ikinci dalğası təhlükəsi hələ də mövcuddur
# 02 dekabr 2010 14:46 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya iqtisadiyyatında böhranın ikinci dalğası təhlükəsi hələ də mövcuddur. “APA-Economics”in xəbərinə görə, bu barədə BMT-nin “Dünyada iqtisadi vəziyyət və 2011-ci il üçün perspektivlər” adlı hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, gələn il dünya iqtisadiyyatında cüzi - 3,1% artım gözlənilir: “Dünya iqtisadiyyatının əsas problemi böyük dövlətlərin maliyyə siyasətini sərtləşdirməsi, yüksək işsizlik və “valyuta müharibələri”dir”.

Artım templərinin azalması təkcə əsas inkişaf etmiş deyil, həm də aparıcı inkişaf etməkdə olan iqtisadiyyatlarda müşahidə olunacaq. Məsələn, sürətlə inkişaf edən Çin iqtisadiyyatında artım göstəricisi 1,2 faiz bəndi azalaraq 8,95 təşkil edəcək.

Rusiyada artım göstəricisi 1,3 faiz bəndi azalaraq 3%-ə düşəcək, Gürcüstan və MDB ölkələrində isə 3,5%-ə çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR