Bank Of Baku

Dövlət Statistika Komitəsi: Azərbaycanın xarici ticarət dövriyyəsindəki müsbət saldo 86% artıb

Dövlət Statistika Komitəsi: Azərbaycanın xarici ticarət dövriyyəsindəki müsbət saldo 86% artıb
# 02 dekabr 2010 15:04 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə xarici ticarət dövriyyəsinin 17,4 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 5,1 mlrd. dollarını isə Azərbaycana idxal edilmiş məhsullar təşkil edib.

Ötən ilin ilk 10 ayı ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 36,2%, o cümlədən ixrac 50,2%, idxal isə 3,6% artıb. Hesabat dövründə ixracın idxalı 3,4 dəfə üstələməsi nəticəsində 12,3 mlrd. dollarlıq xarici ticarət saldosu yaranıb ki, 2009-cu ilin yanvar-oktyabr aylarına nisbətən bu göstərici 86,3% çoxdur.

Hesabat dövründə idxal-ixrac əməliyyatlarının 57,2%-i Avropa, 32,2%-i Asiya, 9,3%-i Amerika, 1,1%-i Afrika qitəsi ölkələrinin, 0,2%-i isə Okeaniyanın payına düşüb.

Xarici ticarət əməliyyatlarının 24,8%-i İtaliya, 7,9%-i Fransa, 6,7%-i İsrail, 6,7%-i ABŞ, 6,5%-i Rusiya, 4,9%-i Ukrayna, 3,5%-i İndoneziya, 3,3%-i Türkiyə, 3%-i Xorvatiya, 3%-i Çin, 2,7%-i Malayziya, 2%-i Almaniya, hər birində 1,6% olmaqla Gürcüstan, Sinqapur, Cənubi Koreya, qalan 20,2%-i isə digər ölkələrlə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR