Bank Of Baku

Azərbaycanda həyat sığortası üzrə daha bir şirkət fəaliyyətə başlayıb

Azərbaycanda həyat sığortası üzrə daha bir şirkət fəaliyyətə başlayıb
# 03 dekabr 2010 07:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Qala Sığorta» ASC «Qala Həyat» sığorta şirkətinə çevrilib.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, cəmiyyətə sığorta fəaliyyətinə verilmiş lisenziya bu ilin noyabr ayının 30-da «Qala Həyat» sığorta şirkətinin adına yenilənib.
Xatırladaq ki, «Qala Sığorta» şirkətinə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya 2008-ci ilin iyul ayının 31-də verilib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (60%) və 1 fiziki şəxs (40%) çıxış edir. Şirkət 6 könüllü və 5 icbari sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR