Bank Of Baku

«Nikoil Leasing» şirkətinin mənfəəti son bir ildə 11% artıb

«Nikoil Leasing» şirkətinin mənfəəti son bir ildə 11% artıb
# 03 dekabr 2010 07:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2010-cu il dekabr ayının 1-nə 4,989 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,03% çoxdur.

Şirkətin baş direktor müavini Musa Turabovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin lizinq müqavilələrinin sayı 45,5% artaraq 16-ya, lizinqə verilən avadanlıqların dəyəri isə 2,09% artaraq 10,007 mln. manata çatıb.

Həmçinin bu müddət ərzində şirkətin əldə etdiyi mənfəətin həcmi 11% artaraq 40,122 min manat təşkil edib.

M.Turabovun sözlərinə görə, istehsalat avadanlıqları, tikinti texnikası və nəqliyyat sektoru lizinq portfelinin əsasını təşkil edib.

Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət lizinq maliyyələşdirməsini 1-5 il müddətinə, illik 18-30% dərəcəsi ilə aparır və yalnız korporativ müştərilərlə əməkdaşlıq edir. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 100 min manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR