Bank Of Baku

Futbol üzrə dünya çempionatının təşkili Rusiyaya 10 mlrd. dollara başa gələcək

Futbol üzrə dünya çempionatının təşkili Rusiyaya 10 mlrd. dollara başa gələcək
# 03 dekabr 2010 08:13 (UTC +04:00)
Bakı - APA-Economics. 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı bo ölkəyə təxminən 300 mlrd. rubla (10 mlrd. dollar) başa gələcək.

APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiyanın baş naziri Vladimir Putin Sürixdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, planlaşdırılan xərclərin məbləği bu il CAR-da keçirilmiş dünya çempionatının xərcləri ilə eyni səviyyədədir.

“Rusiyada futbol infrastrukturu inkişaf etməyib. Avropa ölkələrindən fərqli olaraq, bizdə idman obyektləri kifayət qədər deyil” - deyə baş nazir etiraf edib. O, dövlətin dünya çempionatına hazırlıq xərclərini azaltmaq üçün iş adamlarını əməkdaşlığa çağırıb və məşhur rusiyalı milyarder, “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçin bu layihələrin birində iştirak edəcəyini istisna etməyib: “Abramoviç futbolun inkişafına diqqətlə yanaşır və dünya çempionatına hazırlıq prosesində iştirak edə bilər. Qoy kisəsinin ağzını açsın, qorxulu heç nə olmayacaq. Onun pulu çoxdur”.

V.Putin istisna etməyib ki, çempionat üçün infrastruktur yaradılması üzrə xüsusi şərtlərin təmin olunması məqsədilə Rusiyada müvafiq qanun qəbul edilə bilər.

Qeyd edək ki, dünən FİFA İcraiyyə Komitəsinin İsveçrənin Sürix şəhərində keçirilən toplantısında 2018-ci və 2022-ci illərdə futbol üzrə dünya çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib. 2018-ci il dünya çempionatının Rusiya Federasiyasında, 2022-ci il dünya birinciliyinin isə Yaxın Şərq ölkəsi Qatarda keçirilməsi qərara alınıb. Keçirilən gizli səsvermədə Rusiya digər iddiaçılar - İngiltərəni, İspaniya-Portuqaliya və Belçika-Hollandiyanın birgə təşəbbüslərini üstələyib.

2018-ci il dünya çempionatı Rusiyanın 13 şəhərində və 16 stadionunda keçiriləcək. Bu stadionlardan 3-ü rekonstruksiya olunacaq, 13-ü isə tikiləcək. Rekonstruksiya və tikinti üçün büdcədə 3,82 mlrd. dollar nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR