* Dövrün sonuna
Göründüyü kimi, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 5-illik maksimuma çatıb ki, bunun da əsas səbəbi kimi kredit götürənlərin ödəniş qabiliyyətinin aşağı düşməsini qeyd etmək olar. Nəticədə, kreditlər üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmir. Lakin vaxtı keçmiş kreditlərin xüsusi çəkisinin dünya praktikasında qəbul olunmuş təhlükəli hədd normalarından (8-10%) təxminən 2 dəfə aşağıdır. Bu səbəbdən Mərkəzi Bank yaranmış vəziyyəti tendensiya kimi qəbul etmir və ciddi narahatlığın olmadığını bildirir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, hətta qlobal maliyyə böhranının ən kəskin dövründə Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi artsa da 5%-i ötməyib.