Bank Of Baku

Noyabrda Azərbaycanda inflyasiya 1,8% olub

Noyabrda Azərbaycanda inflyasiya 1,8% olub
# 03 dekabr 2010 11:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri oktyabr ayı ilə müqayisədə 1,8% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 2,5%, qeyri-ərzaq mallarının qiymətləri 0,4%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,9% bahalaşıb.

Ötən ay ərzaq məhsullarından düyü, buğda unu, manna və qarabaşaq yarması, çörək məhsulları, makaron məmulatları, mal və qoyun əti, toyuq və toyuq budu, süd, xama, pendir, yumurta, kərə yağı, bitki yağları, banan, armud, heyvan, nar, xiyar, pomidor, bibər, sarımsaq, soğan, kartofun qiymətləri bahalaşıb. Eyni zamanda ay ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma müşahidə olunub ki, bu da əsasən təzə balıq, limon, portağal və naringi, alma, xurma, şabalıd, kələm, göyərti, çuğundur, kökün qiymətlərində qeydə alınıb.

Payız mövsümü ilə əlaqədar olaraq geyim və ayaqqabıların qiymətlərində müşahidə olunan bahalaşma davam edib. Bundan əlavə ay ərzində inşaat materiallarından yağlı və sulu boyalar, divar kağızları, pəncərə şüşəsi, kəsilmiş taxtalar, ağac yonqar lövhələr, kərpic, sement, mətbəx mebeli, yataq və qonaq otaqları üçün mebel dəsti, yumşaq mebel dəsti, məişət avadanlıqlarından qızdırıcılar, tozsoranların qiymətləri bahalaşıb.

Bahalaşma ilə yanaşı noyabrda pambıq, ipək və trikotin parçalar, qadın üçün yay yubkası, don, qısaqol köynəklər, inşaat materiallarından nitro boyalar, ağac lifli lövhələr, vannalar, laminat parket, məişət cihazlarından soyuducular, paltaryuyan maşınlar ucuzlaşıb.

Noyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma və MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR