Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri 21% artıb

Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri 21% artıb
# 03 dekabr 2010 12:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) xalis xarici aktivlərinin həcmi 2010-cu il noyabr ayının 1-nə 5 281,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 914,2 mln. manat və ya 20,9% çoxdur. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən xarici aktivlərin həcmi 1 024,7 mln. manat və ya 24,1% artıb. O cümlədən, oktyabr ayında bu göstərici 184 mln. manat və ya 3,6% artıb.

Xalis xarici aktivlərin əsas tərkib hissəsi olan məcmu beynəlxalq ehtiyatların həcmi son bir ildə 900,9 mln. manat və ya 20,4%, ilin əvvəlindən 1 015,7 mln. manat və ya 23,6%, oktyabrda isə 184,3 mln. manat və ya 3,6% artaraq noyabrın 1-nə 5 323,3 mln. manat təşkil edib.

Eyni zamanda AMB-nin öhdəliklərinin həcmi son bir ildə 13 mln. manat və ya 24%, ilin əvvəlindən 9,1 mln. manat və ya 18,1% azalaraq, oktyabrda isə 0,2 mln. manat və ya 0,5% artaraq noyabrın 1-nə 40,2 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR