Bank Of Baku

Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin noyabr renkinqinə “Caspian Financial” başçılıq edir

Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin noyabr renkinqinə “Caspian Financial” başçılıq edir
# 03 dekabr 2010 15:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «Caspian Financial» başçılıq edir.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət 3 müştəriyə ümumi dəyəri 46 838 010,50 manat olan broker xidmətləri göstərib. İkinci yeri 1 müştəriyə ümumi həcmi 16 805 976,81 manat olan broker xidmətləri göstərmiş «BoB Broker» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 30 032 033,69 manat azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 13 695 389,95 manatla «Brokdil-Az» qərarlaşıb.

2010-cu il noyabr ayı üzrə DQK bazarında göstərilmiş
xidmətlərin həcminə görə brokerlərin renkinq


Xidmətlərin həcminə görə yeri (noyabr)

Xidmətlərin həcminə görə yeri (oktyabr)

Brokerlər

Əqdlərin sayı

Müştərilərin sayı

Əməliyyatlarının həcmi
(AZN)

1

1

«Caspian Financial» MMC

15

3

46 838 010,50

2

3

«BoB Broker» MMC

8

1

16 805 976,81

3

2

«Brokdil-Az» MMC

9

2

13 695 389,95

4

5

«Unicapital» ASC

3

2

13 311 155,96

5

-

«Standard Kapital» MMC

5

1

10 104 178,42

6

4

«Respublika İnvest» MMC

6

2

8 683 680,87

7

6

«Texnika Kapital Menecment» MMC

6

3

8 416 055,50

8

-

«Yapi Kredi İnvest» MMC

2

1

1 148 849,46

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR