Bank Of Baku

Azərbaycanın baş naziri Bakıda keçirilən Özbəkistan Milli Sərgisini ziyarət edib

Azərbaycanın baş naziri Bakıda keçirilən Özbəkistan Milli Sərgisini ziyarət edib
# 03 dekabr 2010 15:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda və Özbəkistanda keçirilən hər iki ölkənin milli sərgiləri tərəflər arasında mövcud əlaqələri bir qədər də inkişaf etdirəcək.

«APA-Economics»in məlumatına görə, bunu Özbəkistanın Milli Sərgisini ziyarət edən Azərbaycanın baş naziri Artur Rasizadə bildirib.

Sərgidən məmnun qaldığını deyən baş nazir qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixən yaxşı olub və Özbəkistan Azərbaycanın mövqelərini birtərəfli mənada dəstəkləyir: «Bu sərginin keçirilməsi Özbəkistanla Azərbaycanın mövcud əlaqələrini daha da gücləndiriləcək. Son illər Azərbaycan və Özbəkistanda görülən işləri nəzərə alsaq imkanların çox olduğunu görmək mümkündür və sözügedən əməkdaşlıqdan hər iki ölkə uda bilər. Düşünürəm ki, həm ölkələrarası iqtisadi komissiya, həm də müvafiq qurumlar bununla bağlı lazımi işlər görəcək».

Qeyd edək ki, bu gün Bakıda Özbəkistanın I Milli Sərgisi işə başlayıb. Dekabrın 5-dək davam edəcək sərgidə Özbəkistanın 300 müəssisə və şirkəti 3 mindən artıq məhsulları nümayiş etdirir.

Xatırladaq ki, bu ilin noyabrın 5-7-də Daşkənddə (Özbəkistan) Azərbaycanın I Milli Sərgisi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR