Bank Of Baku

Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Tacikistanda səfərdə olub

Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Tacikistanda səfərdə olub
# 04 dekabr 2010 08:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktorluğunun müraciəti əsasında Tacikstanda səfərdə olub. Bu barədə APA-ya DGK-dan məlumat verilib.

Ekspert qrupu Tacikistan Hökuməti yanında Gömrük Xidməti sədrinin birinci müavini Neqmat Rahmatovla görüşüb. Görüşdə qarşıda duran vəzifələr, ümumi iş planı və digər təşkilati məsələlər barədə müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycan heyəti gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin real vəziyyətilə tanış olmaq üçün “Düşənbə-1” hava limanı gömrük postunda olub.

Görüş zamanı “Vahid Avtomatlaşdırılmış İnformasiya Sistemi”ni təşkil edən 11 modul üzrə ümumi təqdimat keçirilib, gömrük nəzarəti və rəsmiləşdirilməsi, maliyyə və risklərin idarə olunması modulları üzrə təfsilatlı təqdimatlar dinlənilib. Azərbaycanda “bir pəncərə” prinsipinin tətbiqi sahəsində qazanılmış təcrübə barədə məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR