Bank Of Baku

AGBI indeksi 1,0227, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0227, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 06 dekabr 2010 07:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0226 və ya 2,3% artaraq dekabr ayının 6-na 1,0227 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

Dekabrın 3-də 12,1 mln. manat həcmində bir dövlət istiqrazları buraxılışı dövriyyədən çıxarılıb və 13,8 mln. manat həcmində iki buraxılış yerləşdirilib. Nəticədə, bazar kapitallaşmasının artması AGBI indeksinin yüksəlməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR