Bank Of Baku

Azərbaycan paytaxtında avtomobillərin lizinqlə satışı üzrə mərkəzləşdirilmiş avtomobil salonu açılıb

Azərbaycan paytaxtında avtomobillərin lizinqlə satışı üzrə mərkəzləşdirilmiş avtomobil salonu açılıb
# 06 dekabr 2010 07:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unileasing» şirkəti «Resale.az» layihəsi çərçivəsində Bakıda minik avtomobillərinin lizinqlə satışı üzrə mərkəzləşdirilmiş avtosalon açıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, paytaxtın Mehdi Abbasov küçəsində («Q.Qarayev» metro stansiyasının yaxınlığında) yerləşən avtosalonda müştərilərə minik avtomobilinin dəyərinin 10%-dən başlayaraq ilkin ödənişi şərtilə 60 ay müddətinə qədər lizinq yolu alınması təqdim olunur. Xüsusi təklif çərçivəsində avtosalon müştərilərə DYP-də qeydiyyat və sığorta xidmətlərini hədiyyə olaraq pulsuz təqdim edir.

Avtosalondan «Mercedes-Benz GL450», «Mercedes-Benz ML350», «Mercedes-Benz S320», «Lexus GX460», «Lexus LS460», «Range Rover», «Chevrolet Corvette», «Volkswagen Touareg», «Infinity QX46», «Volvo S40», «Yaguar Xtype», «BMW 745», «BMW 530», «BMW X5», «Dodge Caliber», «Hyundai Sonata», «Hyundai SantaFe», «Hyundai Tucson», «Nissan Teana» və digər avtomobillərin 25-dən çox modelini almaq mümkündür və ilin sonuna qədər bu çeşid daha da genişləndiriləcək.

Daha ətraflı məlumat almaq istəyənlər «Resale.az» saytına, həmçinin (050) 265 83 43 və (050) 235 87 86 telefon nömrələrinə müraciət edə bilər.

Qeyd edək ki, «Unileasing» tərəfindən həyata keçirilən «Resale.az» layihəsi Azərbaycan ərazisində fəaliyyət göstərən kredit müəssisələri tərəfindən, eləcə də obyekt sahibi olan fiziki və hüquqi şəxslər tərəfindən satışa çıxarılmış kredit/lizinq obyektləri üzrə on-line informasiya bazasıdır.

Layihənin əsas məqsədi kredit/lizinq obyektlərinin satıcı və alıcıları üçün vahid məkanın yaradılmasıdır. «Resale.az» layihəsi çərçivəsində istənilən fiziki və ya hüquqi şəxs avtomobil, daşınmaz əmlak, texnika, avadanlıq və s. kredit/lizinq obyektlərinin alınıb-satılması haqqında məlumatı www.resale.az saytında yerləşdirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR