Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı «İlin Bankı» adına layiq görülüb

Azərbaycan Beynəlxalq Bankı «İlin Bankı» adına layiq görülüb
# 06 dekabr 2010 07:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Maliyyə aləmində ən nüfuzlu mükafatlardan olan Böyük Britaniyanın «The Banker» jurnalının «İlin Bankı» («Bank of the Year») mükafatı
Azərbaycan Beynəlxalq Bankına (ABB) verilib. Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin «APA-Economics»ə verdiyi məlumata görə, hər ilin dekabr ayının əvvəlində ekspertlərdən ibarət qiymətləndirmə komissiyası tərəfindən qəbul olunan bu mükafatın verilməsi qərar bankın son 12 ay ərzində fəaliyyəti və maliyyə göstəriciləri, onun innovasiya fəaliyyəti və inkişaf strategiyasına əsaslanır.

R.Ağayevin sözlərinə görə, Beynəlxalq Bank bu mükafatı 2000-ci ildən başlayaraq artıq 9-cu dəfə alır ki, bu da beynəlxalq ekspertlər tərəfindən Bankın menecmentinin yüksək qiymətləndirilməsi göstəricisidir. Qeyd edək ki, bu mükafatdan başqa ABB son zamanlar bir neçə beynəlxalq mükafata layiq görülüb. Bunların sırasında «Euromoney» jurnalının «Azərbaycanda ən yaxşı bank», «Global Finance» jurnalının «İnkişafda olan regionların ən yaxşı bankı», «Emeafinance» jurnalının «MDB, Mərkəzi və Şərqi Avropanın ən yaxşı bankı» və «Best Sustainability Deal» mükafatları var. Qeyd edək ki, sonuncu mükafat Banka onun külək elektrik enerjisi istehsalı üzrə layihənin reallaşdırmasına görə verilib.

Xatırladaq ki, ABB «Fitch»in «BBB-», «Moody’s»in «Baa3» reytinqlərinə malikdir ki, bu da reytinq agentlikləri tərəfindən verilən reytinqlərin Azərbaycanda ən yüksək səviyyəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR