Bank Of Baku

Azərbaycanda avtomobillərin könüllü sığortası qaydaları yanvardan dəyişir

Azərbaycanda avtomobillərin könüllü sığortası qaydaları yanvardan dəyişir
# 06 dekabr 2010 08:23 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Dövlət Sığorta Nəzarəti Xidmətinin sektor müdiri Mahir Abdullayev bildirib.

M.Abdullayevin sözlərinə görə, «Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydaları» yeni hazırlanmış «Avtomobillərin könüllü sığortası» növü üzrə vahid qaydalardan ibarətdir: «Avtomobillərin könüllü sığortası» əvvəllər Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən hazırlanan xüsusi proqramlar çərçivəsində həyata keçirilib. Vahid qaydalarla bütün sığorta şirkətləri tanış olduqdan sonra müvafiq dövlət qurumu bu qaydaları təsdiqləyib və 2011-ci ilin yanvarından fiziki şəxslərin sahibliyində olan minik avtomobilləri bu vahid qaydalar üzrə sığortalanacaq».

M.Abdullayev bildirib ki, qaydalarda kreditə götürülən avtomobilin sığortalanması üçün sığorta şirkətinin seçilməsində müştəriyə tam seçim imkanının verilməsi əksini tapıb. Həmçinin, sığorta müddətinin seçilməsi də müştərinin istəyindən asılı olacaq.

M.Abdullayev qeyd edib ki, bu qaydalar Azərbaycan Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» qanun və Azərbaycanın digər qanunvericilik aktlarına uyğun hazırlanıb. Bu qaydaların tətbiq edilməsində əsas mahiyyət sığortalılarla sığortaçıların mənafeyini qorumaqdır.

Qeyd edək ki, yeni qaydalar 2011-ci il yanvar ayının 1-dən qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR