Bank Of Baku

Amerikalı ekspertlər: “Bir neçə ölkə avrozonanı tərk etməlidir”

Amerikalı ekspertlər: “Bir neçə ölkə avrozonanı tərk etməlidir”
# 06 dekabr 2010 09:29 (UTC +04:00)
Bakı - APA-Economics. Tammiqyaslı bank böhranından yayınmaq üçün Yunanıstan, İrlandiya, İspaniya və Portuqaliya avrozonanı könüllü olaraq tərk etməlidirlər. “APA-Economics”in xəbərinə görə, bu barədə amerikalı ekspertlərin yaydığı hesabatda bildirilir.

Vaşinqtondakı Amerika Sahibkarlıq İnstitutunun yaydığı hesabatda qeyd olunur ki, adı çəkilən ölkələr gec-tez bu addımı atmalı olacaqlar: “Çünki Avropa ittifaqının üzvü olan ölkələrin hər hansı birində defolt baş versə, “yoluxucu” effektli olacaq. Bu ölkələrin borc problemləri artıq xroniki formaya keçib. Ona görə də elə etmək lazımdır ki, bunlar “suyun dibinə” gedəndə özləri ilə başqalarını da dartıb aparmasınlar”.

Ekspertlərin fikrincə, adı çəkilən ölkələrin külli miqdarda borcunun silinməsinə onların “himayəçiləri” - Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu razılaşmayacaq: “Bu səbəbdən Yunanıstan, İrlandiya, İspaniya və Portuqaliya taleləri ilə barışaraq, avrozonanı tərk etmək barədə danışıqlara başlamalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR