Bank Of Baku

Azərbaycan bank sektorunda məcmu kapitalın həcmi azalıb

Azərbaycan bank sektorunda məcmu kapitalın həcmi azalıb
# 06 dekabr 2010 09:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2010-cu il noyabr ayının 1-nə 1 873,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 141,5 mln. manat və ya 8,2% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən bankların məcmu kapitalı 114,9 mln. manat və ya 6,5% artıb, oktyabrda isə 2,7 mln. manat və ya 0,1% azalıb.

Məcmu kapitalın azalması bəzi banklarda bölüşdürülməmiş mənfəətin azalması və paralel olaraq nizamnamə kapitalının artım templərinin aşağı düşməsi ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR