Bank Of Baku

«TBC Kredit» yeni güzəşt kampaniyasına başlayıb

«TBC Kredit» yeni güzəşt kampaniyasına başlayıb
# 06 dekabr 2010 10:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yeni İl bayramı ilə əlaqədar «TBC Kredit» bank olmayan kredit təşkilatı girovsuz «-2%» adlı kampaniyaya başlayıb.

«TBC Kredit»dən «APA-Economics»ə verilən məlumata görə, kreditlə bağlı müraciət edənlər Yeni İl hədiyyəsi olaraq illik faiz dərəcəsinə 2% güzəşt əldə edəcək. İndi bu kredit üzrə minimal illik faiz dərəcəsi 20% təşkil edir. Kampaniya dekabrın 6-dan 31-dək davam edəcək.

«Təcili Pul» girovsuz kreditdir və istənilən məqsəd üçün istifadə oluna bilər. Bu kredit üzrə maksimal məbləğ 5 000 manat, maksimal müddət isə 18 aydır.

Xatırladaq ki, «TBC Kredit» 1999-cu ilin dekabrında «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatı adı ilə yaradılıb. «SOA Credit» qeyri-bank kredit təşkilatının brendi 2007-ci ilin may ayında dəyişərək «TBC Kredit» olub. Brendin dəyişməsi Gürcüstanın aparıcı bankı olan «TBC Bank» təşkilatının nizamnamə kapitalındakı 75%-lik iştirak payına malik olması ilə əlaqədar olub. Səhmlərin qalan 25%-i isə «ShoreBank International Ltd.»-yə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR