Bank Of Baku

Azərbaycanın xarici dövlət borcu 9% artıb

Azərbaycanın xarici dövlət borcu 9% artıb
# 06 dekabr 2010 10:21 (UTC +04:00)
Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti isə 7,9%-ə bərabər olub.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 1-i vəziyyətinə istifadə olunmuş kreditlər üzrə adambaşına düşən xarici borc 415,32 dollar təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 10% çoxdur.

Hökumət və dövlət qurumları tərəfindən cəlb olunan kreditlərin əsas hissəsi investisiya layihələrinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, bu cür kreditlərin həcmi 3 426,82 mln. dollar və ya ümumi xarici borcun 91,7%-ni təşkil edir. Həmin məbləğin 38,31%-i və yaxud 1 431,6 mln. dolları elektrik enerjisi sektoru, 3,58%-i (133,74 mln. dolları) kənd təsərrüfatı, 29,33%-i (1 096,06 mln. dollar) yol tikintisi və nəqliyyat, 8,71%-i (325,65 mln. dollar) su təchizatı və meliorasiya, 5,65%-i (211,03 mln. dollar) neft, qaz və kimya, 4,35%-i (162,52 mln. dollar) sosial, 1,77%-i isə (66,22 mln. dollar) digər sahələrdə layihələrin maliyyələşdirilməsinə sərf olunub.

İqtisadi islahatlara yönəldilən xarici kreditlərin məbləği isə 310,02 mln. dollar (xarici borcun 8,3%-i) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 5,2% azdır. Bu məbləğin 259,83 mln. dolları (6,95%) Dünya Bankı, 50,19 mln. dolları isə (1,34%-i) Beynəlxalq Valyuta Fondu tərəfindən ayrılıb.

Ümumiyyətlə, cari ilin yanvar-sentyabr ayları ərzində istifadə edilən kreditlərin həcmi 498,73 mln. dollar təşkil edib ki, ilin əvvəlinə nisbətən bu göstərici 22,9% azalıb.

Bununla yanaşı, hesabat dövründə xarici borca xidmətlə əlaqədar xərclərin həcmi 207,15 mln. dollar təşkil edib ki, bunun 168,39 mln. dolları əsas borc, 38,76 mln. dolları isə hesablanmış faizlərin payına düşüb.

Qeyd edək ki, 2010-cu ilin ilk doqquz ayı ərzində xarici borca xidmətlə əlaqədar ödənilmiş vəsaitin 114,56 mln. dolları dövlət büdcəsi hesabına, 54,03 mln. dolları isə Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondundan həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR