Bank Of Baku

«Unileasing» şirkəti lizinq portfelini 20% artırıb

«Unileasing» şirkəti lizinq portfelini 20% artırıb
# 06 dekabr 2010 12:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın aparıcı lizinq şirkətlərindən olan «Unileasing» şirkətinin lizinq portfeli 2010-cu il oktyabr ayının 1-nə 38,9 mln. manat təşkil edib ki, bu da ötən ili analoji dövrünün göstəricisi ilə müqayisədə 20% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin regionlar üzrə (Gəncə, Şəki, Quba, Lənkəran və Saatlı) lizinq portfeli 4,2 mln. manat olub. Bu ilin III rübündə şirkət tərəfindən 189 müqavilə üzrə 9,6 mln. manat dəyərində 212 lizinq obyekti maliyyələşdirilib.

Şirkətin lizinq portfelinin strukturunda 45,5% minik avtomobilləri, 16,5% tikinti sektoru, 10,5% xidmət sahəsi, 7,2% ticarət, 4,52% daşınmaz əmlak, 4,42% istehsalat, 1,57% bank sektoru, 1,06% yeyinti sənayesi, 0,48 tibb sahəsi, 0,56% isə digər sektorların payına düşüb.

Xatırladaq ki, təsisçisi «UniBank» olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Şirkətin fəaliyyət sahəsi ölkənin Şimal-Qərb, Cənub-Şərq, Şimal, Şimal-Şərq və Mərkəzi regionlarını əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR