Bank Of Baku

Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti son 10 ildə 3 dəfə azalıb

Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti son 10 ildə 3 dəfə azalıb
# 06 dekabr 2010 12:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 10 il ərzində Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 14,7 faiz bəndi azalıb.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, əgər 2001-ci ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti 22,2% təşkil edirdisə, artıq 2010-cu ildə bu göstərici 7,5% təşkil edib.

Sözügedən borcun ÜDM-ə nisbəti 2002-ci ildə 21,7%, 2003-cü ildə 21,6%, 2004-cü ildə 18,2%, 2005-ci ildə 12,4%, 2006-cı ildə 9,4%, 2007-ci ildə 8,3%, 2008-ci ildə 6,4%, 2009-cu ildə isə 8% təşkil edib. Maraqlısı odur ki, 2001-ci ildən 2009-cu ilədək bu göstərici iləbil azalıb və yalnız 2009-cu ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti yenidən 1,6 faiz bəndi artaraq 8%-ə çatıb.

Eyni zmanda, son 10 il ərzində adambaşına düşən xarici dövlət borcu 2,7 dəfə artaraq 392,67 mln. ABŞ dolları təşkil edib. Belə ki, 2001-ci ildə adambaşına düşən xarici dövlət borcu 159 dollar, 2002-ci ildə 166,4 dollar, 2003-cü ildə 192,1 dollar, 2004-cü ildə 191,3 dollar, 2005-ci ildə 196,5 dollar, 2006-cı ildə 232,5 dollar, 2007-ci ildə 283,9 dollar, 2008-ci ildə 344,9 dollar, 2009-cu ildə isə 381,3 dollar təşkil edib. Göründüyü kimi, adambaşına düşən xarici dövlət borcu ilbəil artıb və yalnız 2004-cü ildə 2003-cü illə müqayisədə 0,4% azalıb.

Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə Azərbaycanın xarici dövlət borcunun həcmi 3 736,8 mln. dollar təşkil edib, bu da ilin əvvəli ilə müqayisədə 9,2% çoxdur. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 7,9%-ə bərabər olub. İmzalanmış sazişlər üzrə cəlb olunmuş vəsaitin həcmi oktyabrın 1-nə 8 751,1 mln. dollar, adambaşına düşən xarici dövlt borcu isə 972,63 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR