Bank Of Baku

Avropa İttifaqı Rusiyanın ÜTT-yə üzvlüyünü dəstəkləyir

Avropa İttifaqı Rusiyanın ÜTT-yə üzvlüyünü dəstəkləyir
# 06 dekabr 2010 12:32 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa İttifaqı (Aİ) Rusiyanın gələn il Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üçün göstərdiyi səyləri dəstəkləyir.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bildirib.

Onun sözlərinə görə, Rusiyanın ÜTT-yə üzvlüyü ticarət və investisiyaları möhkəmləndirəcək, iqtisadi artıma səbəb olacaq.

Qeyd edək ki, indiyədək Rusiya və Aİ arasında “Tərəfdaşlıq və əməkdaşlıq haqqında Saziş” üzrə 11 raundda danışıqlar keçirilib. 12-ci raund bu ilin sonuna kimi keçirilməlidir.

Beynəlxalq ticarətin liberallaşdırılması və üzv ölkələrin siyasi-ticari münasibətlərinin tənzimlənməsi üçün yaradılan ÜTT hazırda 150 ölkəni özündə birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR