Bank Of Baku

Gələn il dünya reklam gəlirləri 412 mlrd. dollara çatacaq

Gələn il dünya reklam gəlirləri 412 mlrd. dollara çatacaq
# 06 dekabr 2010 12:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya iqtisadiyyatının bərpası nəticəsində reklamdan əldə olunan qlobal gəlirin 2011-ci ildə 5,4% artaraq 412 mlrd. ABŞ dolları təşkil edəcəyi gözlənilir.

«APA-Economics»in məlumatına görə, «MagnaGlobal» tədqiqat şirkətinin ekspertləri hesab edirlər ki, 2011-ci ildə də reklamların əsas hissəsi televiziyaya yönədiləcək ki, gələn il təkcə televiziya vasitəsi ilə rekalamlardan əldə olunan gəlir 169 mlrd. dollar təşkil edəcək.

İnternet vasitəsilə yerləşdirilən reklamlar isə artıq 2013-cü ildə mətbuatda yerləşdirilən reklamları qabaqlayaraq, televiziyadan sonra ikinci olacaq.

Reklam sahəsinin illik artım tempi 2016-cı ilədək 6,3% səviyyəsində qalacaq.

Qeyd edək ki, bundan bir qədər öncə «MagnaGlobal» dünya üzrə reklam gəlirlərinin 2011-ci il üçün artım tempini 4,2% səviyyəsində proqnozlaşdırmışdır. Lakin hazırda Çin və Hindistan iqtisadiyyatlarının bərpasını nəzərə alaraq, şirkət proqnozlarında dəyişiklik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR