Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi noyabrın 1-nə 8 526,82 mln. manat (xüsusi çəkisi 66,78%), müxbir hesabları 1 128,92 mln. manat (8,84%), investisiyaların həcmi 955,15 mln. manat (7,48%), nağd vəsaitlər 484,19 mln. manat (3,79%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 525,20 mln. manat (4,11%), digər aktivlər isə 1 148,08 mln. manat (8,99%) təşkil edib.
Kommersiya banklarının passivlərinin 83,14%-i bank öhdəliklərinin payına düşür. Beləliklə, bank öhdəliklərinin həcmi 10 616 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 4 786,50 mln. manat depozitlər, 5 184,90 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 644,60 mln. manat digər öhdəliklərin payına düşür. Bankların məcmu kapitalı 2010-cu ilin noyabrın 1-nə 2 152,35 mln. manata bərabər olub.