Bank Of Baku

Azərbaycanda plastik bank kartlarının sayı 6% artıb

Azərbaycanda plastik bank kartlarının sayı 6% artıb
# 06 dekabr 2010 13:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda buraxılmış plastik bank kartlarının sayı 2010-cu il noyabr ayının 1-nə 4 103 min ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 225 min və ya 5,8%, cari ilin əvvəlindən isə 189 min və ya 3,3% çoxdur. Eyni zamanda oktyabr ayında bu göstərici 44 min və ya 1,1% artıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, plastik kartlarla əməliyyatların strukturunda yeri debet kartları tutur. Belə ki, 2010-cu ilin yanvar-oktyabr ayları ərzində debet kartları ilə 35 864 min əməliyyat aparılıb, əməliyyatların həcmi 4,329 mlrd. manata bərabər olub. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə əməliyyatların sayı 2,7%, əməliyyatların həcmi isə 10,2% artıb. Debet kartları üzrə bir əməliyyatın ortalama həcmi 120,7 manata bərabər olub.

Həmin müddət ərzində kredit kartları ilə 1 844 min əməliyyat aparılıb, əməliyyatların həcmi 486 mln. manat təşkil edib. Bu göstəricilər ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə müvafiq olaraq 14,1% və 11,2% artıb. Kredit kartları üzrə bir əməliyyatın ortalama həcmi 263,6 manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR