Bank Of Baku

«AzSığorta» şirkətində kadr dəyişiklikləri aparılıb

«AzSığorta» şirkətində kadr dəyişiklikləri aparılıb
# 06 dekabr 2010 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkətinin menecment heyəti işdən azad edilib. Etibarlı mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, şirkətin İdarə Heyətinin sədri Əli Hüseynov, İdarə Heyətinin sədr müavinləri Fuad Sadıqov, Aqşin Cahangirov və Sadıq Mansurov tutduğu vəzifələrdən azad olunub.

Şirkətin İdarə Heyətinin sədri Əli Hüseynov və İdarə Heyətinin sədr müavini Fuad Sadıqov məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, belə bir hadisə «AzSığorta» şirkətində artıq ikinci dəfə təkrarlanır.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR