Bank Of Baku

“Bank of Azerbaijan”ın Bakıda “Nərgiz TM” adlı şöbəsi fəaliyyətə başlayıb

“Bank of Azerbaijan”ın Bakıda “Nərgiz TM” adlı şöbəsi fəaliyyətə başlayıb
# 06 dekabr 2010 15:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. “Bank of Azerbaijan” ASC qeyri-kredit məhsullarından istifadəni daha da asanlaşdırmaq məqsədilə Bakıda «Nərgiz TM» adlı şöbəsini açıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni şöbə «Nərgiz» Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşir və müasir parkinqlə təmin olunub.
Yeni açılmış şöbədə tam çeşidli qeyri-kredit bank xidmətləri, o cümlədən cari və depozit hesabları, pul köçürmə sistemləri, eləcə də “Visa” plastik kartları təqdim olunur. Bundan başqa, “Bank of Azerbaijan” ASC-nin bütün müştəriləri, hansı filialda kredit aldıqları və hesab açdıqlarından asılı olmayaraq bu şöbədə ödəniş edə bilər.
Qeyd edək ki, yeni «Nərgiz TM» şöbəsi iş vaxtı banka gələ bilməyən müştərilərin ehtiyaclarını və həmçinin «Nərgiz» Ticarət Mərkəzinin iş vaxtı rejimini nəzərə alaraq, həftənin bütün günləri uzadılmış iş vaxtı rejimində çalışacaq. Ümumiyyətlə, əhalinin rahatlığını nəzərə alan «Bank of Azerbaijan» gələcəkdə də əhalinin sıx yerləşdiyi yerlərdə öz satış şöbələrini açmaqda davam edəcək.
Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 166,482 mln. manat, depozit portfeli 71,307 mln. manat, kredit portfeli 130,074 mln. manat, məcmu kapitalı 25,378 mln. manat, o cümlədən nizamnamə kapitalı 23,5 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 12 filialı, 28 bankomatı və 162 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR