Bank Of Baku

İsveçrədə WikiLeaks saytının qurucusu Culian Assanjın hesabı bağlanıb

İsveçrədə WikiLeaks saytının qurucusu Culian Assanjın hesabı bağlanıb
# 06 dekabr 2010 18:59 (UTC +04:00)
Bakı-APA. İsveçrənin PostFinance şirkəti yaşayış yerini düzgün göstərdiyinə görə WikiLeaks saytının qurucusu Culian Assanjın hesabını bağlayıb. Bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.

«PostFinance WikiLeaks saytının qurucusu Culian Assanjın hesabını bağlayıb. Qərar Assanjın hesab açarkən yaşayış yeri barədə yalançı məlumat verməsi aydınlaşdıqdan sonra qəbul edilib», deyə şirkət bildirib.

Söhbət WikiLeaks tərəfdarlarının sayta maddi yardım məqsədilə pul köçürə biləcəkləri hesabdan gedir.

«PostFinance»ın məlumatına görə, Assanj yaşayış yeri kimi Cenevrəni göstərib.

«Yoxlama göstərib ki, bu məlumat həqiqətə uyğun deyil. Assanj özünün İsveçrədə yaşaması barədə sübutları təqdim edə bilmir, ona görə də «PostFinance»ın müştərilərinə qarşı irəli sürülən tələbləri yerinə yetirə bilməz», deyə açıqlamada vurğulanır.

Daha öncə Amazon.com, Paypal, and EveryDNS ödəmə sistemləri «WikiLeaks»la əməkdaşlığa son qoyublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR