Bank Of Baku

Xarici investorlar Azərbaycanda kredit bürolarının yaradılmasına maraq göstərir

Xarici investorlar Azərbaycanda kredit bürolarının yaradılmasına maraq göstərir
# 07 dekabr 2010 07:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda kredit bürolarının yaradılmasına xarici şirkətlər və yerli bank təşkilatları maraq göstərir. Bu barədə «APA-Economics»ə açıqlamasında Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) «Azərbaycan və Orta Asiyada maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri Layihəsi»nin nümayəndəsi Teymur Heybətov bildirib.

Onun sözlərinə görə, layihəyə maraq göstərən xarici şirkətlər dünyada bu sahədə ixtisaslaşmış kredit bürolarıdır – bunlar «Creditinfo», «Exifakt», «Transunion» və s-dir. Adı çəkilən şirkətlər Azərbaycanda da kredit bürolarının yaradılmasına investisiya yatırmaq istəyirlər – bu sərmayə onların təqdim edəcəyi proqram təminatı şəklində və ya texniki sistemlərin formasında həyata keçirilə bilər.

Yerli bankların kredit bürolarına marağının böyük olması isə onların müştərilər barədə tam və geniş məlumat almaq istəməsi ilə bağlıdır. Məsələ bundadır ki, Mərkəzləşmiş Kredit Reyestrindən (MKR) fərqli olaraq, onlar daha geniş məlumat alacaqlar: «Biz elə bir model üzərində işləriyirik ki, burada Mərkəzi Bankın yanında MKR və kredit büroları paralel fəaliyyət göstərsin. MKR öz məlumatlarını bürolara da verəcək».

T.Heybətovun sözlərinə görə, MKR kredit bürolarına məlumatları pulla verəcək, çünki reyestrin özünün saxlanması üçün də vəsait tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR